“Məişət zorakılığının qarşısının alınmasına dair” maarifləndirici tədbir keçirilmişdir

Məktəbimizdə “Məişət zorakılığının qarşısının alınmasına dair” maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə “Təmiz Dünya” qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova, Baş Polis İdarəsinin YYÇ-la Profilaktiki İşin Təşkili şəbəsinin rəisi, polkovniki Məryəm Ömərova, Nizami RPİ-nin Veteranlar Şurasının idarə heyətinin üzvü, sabiq polis mayoru Firdovsi Bayramov, Nizami RPİ-nin YYÇ-la Profilaktiki İşin Təşkili bölməsinin rəisi, polis kapitanı Yaşar Həsənov, Nizami RPİ-nin əməkdaşları polis kapitanı Pərvanə Əzizova və baş leytenant Mehdi Seyidov iştirak etmişlər. “Təmiz Dünya” qadınlara yardım ictimai birliyinin sədri Mehriban Zeynalova çıxışı zamanı şagirdlərə müraciət edərək özlərinin və ya yoldaşlarının rastlaşdıqları zorakılıq halları haqqında fikirlərini söyləməklərini xahiş etdi. Tədbir şagirdlərin müzakirələri və qonaqların çıxışları ilə sona çatmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi