Gənclər arasında "Marş İrəli! Vətənin Müdafiəsinə Hazıram!" devizli "Poliatlon" yarışının mükafatlandırma mərasimi keçirilmişdir
20.04.2017-ci il tarixdə məktəbimizdə Bakı şəhər təhsil müəsissələri arasında keçirilən 2017-ci il üçün yaz çağırışına həsr olunmuş çağırışaqədər və çağırışyaşlı gənclər arasında "Marş İrəli! Vətənin Müdafiəsinə Hazıram!" devizli "Poliatlon" yarışında mükafata layiq II yeri tutmuş məktəbin komandasını Bakı Şəhər Gənclər Gənclər və İdman baş İdarəsinin baş məsləhətçisi Salman Əbdulov və Nizami Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səmədzadə Səməd diplom və medallarla təltif etmişlər. Komandamızı təbrik edirik!