"Marş İrəli! Vətənin Müdafiəsinə Hazıram!" devizli "Poliatlon" çoxnövçülüyünün Bakı şəhər mərhələsi keçirilmişdir

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2017-ci il üçün yaz çağırışına həsr olunmuş çağırışaqədər və çağırışyaşlı gənclər arasında "Marş İrəli! Vətənin Müdafiəsinə Hazıram!" devizli "Poliatlon" çoxnövçülüyünün Bakı şəhər mərhələsi keçirilmişdir.Yarışda məktəbimizin komandası müvəffəqiyyətlə çıxış edərək, mükafatlara layiq II yeri tutmuş və yarışın Respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda yüksək əzmkarlıq göstərərək, rayonumuzu ləyaqətlə təmsil etmiş komandamızı və komandamızı yarışlara hazır edən Fiziki tərbiyə müəllimi Novruzov Firuz müəllimi ürəkdən təbrik edirik.!