“Zəkaların yarışı” adlı intelektual oyun

Məktəbimizin 6 a,b,c,ç sinif şagirdlərinin iştirakı ilə  “Zəkaların yarışı” intelektual oyunu keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Arzu Alışqızı yarışmanın əsas məqsədinin fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin  yaradılması, şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə şagirdlərin öyrənməyə təşviq edilməsindən ibarət olduğunu xatırladıb. Yarışma 3 mərhələdə keçirildiş 1-ci və 2-ci turun qalibləri final mərhələsində görüşdülər. Yekunda Xarı bülbül komandası (6a sinfi) qalib oldu.

Sonda direktor müavini Tural Taqiyev çıxış edərək bildirdi ki, bu kimi yarışmaların şagirdlərin  bilik və bacarıqlarını artırmaqla bərabər, həm də  onlarda təlim motivasiyasını yüksəldəcəyinə, özünəinam hissinin artırılmasına müsbət təsir göstərəcəyini vurğulayıb. Qalib komanda diplomla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi