“Ümummilli Lider Heydər Əliyev – tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda xüsusi dərs

Mehriban İzmayılovanın təşkilatçılığı ilə 7E sinifində  “Ümummilli Lider Heydər Əliyev – tarix yazan və yaradan Dahi Şəxsiyyət”  mövzusunda maarifləndirici dərs kecirildi. Dərsdə qeyd olunubki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Heydər Əliyevin 34 illik fəaliyyəti tariximizin şanlı səhifəsi, Azərbaycanın inkişaf və tərəqqi salnaməsi, hər anı böyük uğurlar və nailiyyətlərlə ölçülən təkrarolunmaz siyasi məktəbdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın ən yeni tarixini yazdı, müstəqil Azərbaycan dövləti qısa zaman kəsiyində dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevrildi. Bu möcüzənin yaradıcısı olan bütün dövrlərin ən böyük Azərbaycanlısı öz xalqının xoşbəxtliyi və firavanlığı uğrunda ömrünün son anlarına qədər yorulmadan çalışdı. Bu müqəddəs mübarizədən şərəflə qalib ayrılan Ulu Öndər xalqının Ümummilli Lideri olaraq hər bir azərbaycanlının qəlbində Heydər Əliyev ölməzliyini yaratdı. Tarix yazan və yaradan Dahi Şəxsiyyətin, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Hələ sağlığında millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videofilm nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi