“Autizm – qəbul et, anla, dəstək ol” adlı tədbir

Azərbaycan Dillər Universitetinin (ADU) pedaqoji təcrübədə olan tələbələri tərəfindən məktəbdə autizm mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir ADU-nun Filologiya fakültəsinin 422A və 423A qruplarında təhsil alan təcrübəçi tələbələrinin iştirakı ilə baş tutub.

“Autizm – qəbul et, anla, dəstək ol” adlı tədbirin əsas məqsədi cəmiyyətdə autizm haqqında məlumatlılığı artırmaq, autizmli fərdlərin hüquqları, imkanları və cəmiyyətə inteqrasiyası barədə müzakirələr aparmaq olub.

Tədbirdə Xarici dillərin tədrisi metodikası kafedrasının filologiya üzrə fəlsəfə doktoru Nuriyyə Əliyeva, məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Natavan Əlizadə, fənn müəllimi Sevinc Əzizova, məktəbin loqopedi Günay Mustafazadə və məktəb şagirdləri iştirak ediblər. Təcrübəçi tələbələr–Sevgi Məmmədova, Sürəyya, Gülşən İsmayılova, Fəxriyyə Əliyeva və Ülviyyə Qasımlı iştirakçılara autizm haqqında suallar ünvanlandırıb.

Daha sonra “Mən Autizməm” adlı qısametrajlı maarifləndirici animasiya filmi nümayiş olunub. Şagirdlər tədbirin davamında məktəbdə inklüziv təhsil alan həmyaşıdlarına məktublar yazaraq kiçik hədiyyələrlə onları sevindiriblər. Tədbirin sonunda autizmi simvolizə edən mavi şarlar səmaya buraxılıb.

 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi