Diqqətin inkişafı məqsədilə diaqnostik iş

Diqqət idrak proseslərindən biri olaraq psixi fəaliyyətin müəyyən obyekt üzərinə yönəlməsi və mərkəzləşməsidir.Diqqətin təlim prosesində rolu çox böyükdür.Ona görə də bu gün məktəbin psixoloqu Günel Cəfərova ibtidai sinif şagirdləri ilə diqqət və diqqətin insan həyatında rolu haqqında məlumat verərək diaqnostik iş aparıb.