Şagird təqdimatı

Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Tarixin hər bir dövründə ölkəmizdə milli dəyərlərimizin qorunması və onun gələcək nəsillərə çatdırılması aktual olub. Elə günümüzdə də bu müsbət tendensiya özünü qoruyub saxlayır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Bu məqsədlə məktəbin 7-10-cu siniflər arasında şagird təqdimatları müsabiqəsi təçkil olundu. Müsabiqədə milli mətbəximiz, adət -ənənələrimiz, milli oyunlarımız, bölgələrimiz haqqında hazırlanmış təqdimatlar nümayiş olundu. 7e sinif şagirdi Zəhra Şikarovanın hazırladığı təqdimat I yerə layiq görüldü.