“Empatiya" adlı çalışma

Empatiya-özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissidir. Empatiya qabiliyyəti olan insanlar yaxşı dinləyici, diqqətli müşahidəçi, özünün fərqində olan, müsbət tərəfləri düşünməyə üstünlük verən insanlardır.
Bu gün məktəbin psixoloqu Günel Cəfərova şagirdlərə bu hiss haqqında məlumat vermək üçün məşğələ keçirib. Şagirdlərə müxtəlif situasiyalar təqdim olunaraq həmin situasiyalara qarşı onlarda empatiya hissinin olub-olmaması müəyyənləşdirilib. Empatiya hissi və onun insan həyatındakı müsbət xüsusiyyətləri haqqında məlumat verilib.