“ Peşə seçimi” ilə bağlı maarifləndirici söhbət

Peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Hər bir insanı hansı peşəni seçəcəyi, hansında uğur qazanacağı fikri düşündürür. Düzgün peşə seçmiş insanın öz yaradıcılığına meylliliyi güclənir və hətta öz peşəsinin mütəxəsisinə də çevrilə bilir. Bəyənmədiyin, sevmədiyin işi yerinə yetirmək çox çətin və maraqsız olur, adam işdən yorulur, işinin nə vaxt qurtaracağını səbirsizliklə gözləyir. Ona görə də hər kəs peşə seçərkən düzgün seçim etməlidir. 7 aprel 2025-ci il tarixində məktəbdə IX-XI siniflərlə “Şagirdlərin peşə seçimi” başlığı altında maarifləndirici söhbət aparıldı. Əsas məqsəd şagirdlərə peşə seçimində köməklik edilməsi idi. Şagirdlər müxtəlif peşələr haqqında öz fikirlərini dedilər. Peşə nədir, hansı peşə daha yaxşıdır, peşə seçiminin əhəmiyyəti haqqında müxtəlif slaydlar təqdim olundu.