“ Konstitusiya və Suverenlik İli” ilə əlaqədar dəyirmi masa

Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.
Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etmişdir.Bu məqsədlə məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Arzu Alışqızı və tarix müəllimi Lalə Bayramovanın rəhbərliyi ilə dəyirmi masa keçirildi.
Dəyirmi masa ölkəmizin suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etməklə başladı.Şagirdlər mövzu ətrafında müzakirələr apardı sonda videoçarx nümayiş olundu.