“Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda seminar

“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı məktəbin Tədbirlər planına uyğun olaraq maarifləndirici seminar keçirildi. Seminarda çıxış edən məktəbin tarix müəllimi Sərhəd Məhərrəmov Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamının dövlətçilik tariximiz, qanunlarımız, eləcə də suverenliyimizin bərpası prosesinin dərindən öyrənilməsi, geniş təbliği baxımından əhəmiyyətini diqqətə çatdırıb. O, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrlərdə demokratik prinsiplərin bərqərar olunması, siyasi islahatların həyata keçirilməsi istiqamətində atdığı mühüm addımları vurğulayıb və 1995-ci il noyabrın 12-də qəbul olunmuş yeni Konstitusiyanı bu islahatların tərkib hissəsi kimi qeyd edib. Eyni zamanda, sonrakı mərhələdə Prezident İlham Əliyevin dövlətin Ali Qanununun daha da təkmilləşdirilməsi ilə əlaqədar gördüyü böyük işləri sadalayıb, habelə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpasının ölkəmizin böyük tarixi qələbəsi olduğunu söyləyib.