Şagirdlərlə maarifləndirici görüş keçirilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının əməkdaşları X-XI sinfin oğlanları ilə maarifləndirici görüş keçiriblər. Görüşdə şagirdlərə akademiya haqqında ümumi məlumat verilib, akademiyanın qəbul qaydaları izah edilib, üstünlükləri qeyd edilib. Əməkdaşların çıxışından sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.