Aprel döyüşləri - böyük zəfərin başlanğıcı

Bu gün Aprel döyüşlərinin 9-cu ildönümüdür. Bu məqsədlə “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” adlı marifləndirici seminar təşkil olundu. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başladı. Tədbirdə çıxış  edən Sinifdənxaric və məktəbdənkənar tərbiyə işi üzrə təşkilatçı Arzu Alışqızı qeyd etdi kı, “2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi”. Daha sonra tarix müəllimi Sərhəd Məhərrəmov döyüşlər haqqında şagirdlərə ətraflı məlumat verdi. Sonda videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi