Elimizə bahar gəlir

Novruz bayramı ilə əlaqədar siniflərdə də tədbir keçirilib. Tədbirə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Novruz bayramı haqqında söylədiyi fikirlə başlanılıb: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır. Xalqın qəhrəmanlığını, rəşadətini, şücaətini nümayiş etdirən bayramdır. Novruz xalqımızı bir-birilə həmişə daha sıx birləşdirib, insanlarımız arasında mehribanlıq əlaqələri yaradıb, insanları bir-birinə dost edibdir" Çıxışlardan sonra şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.Məqsəd milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının şagirdlərə aşılanması olub.