“Novruz gəlir yaz gəlir” adlı tədbir

Məktəbin ingilis dili müəllimi Təranə Qafarovanın rəhbərliyi,5evə 8d sinif şagirdlərinin iştirakı ilə “Novruz gəlir-yaz gəlir” adlı tədbir keçirildi. Tədbirdə Novruz adətləri, çərşənbələri haqqında kompozisiyalar öz əksini tapıb. Bütün iştirakçıların milli paltarda olması tədbirə xüsusi yaraşıq verib. Həmçinin tədbirdə kosa və keçəlin şirin zarafatları məclisə xüsusi rəng qatıb..
Tədbirin keçirilməsində məqsəd milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının şagirdlərə aşılanması, həmçinin valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsindən ibarət olub.