Vətəndaş qəbulu

214 nömrəli məktəb rəhbərliyi valideynlərin nəzərinizə çatdırır ki, elektron sistemlə bağlı maarifləndirmə işinin təşkili məqsədilə məktəb tərəfindən hər həftənin 5-ci günü saat 14:00-da qəbul günü təyin edilib. Aşağıda qeyd olunan məsələlərlə bağlı hər hansı sualınız olarsa təyin edilən vaxtda məktəbə müraciət edə bilərsiniz.

• Məktəbəhazırlıq qruplarına qəbul qaydaları.
• I sinfə qəbul qaydaları
• Dislokasiya və məktəb ərazilərinin təyini
• Buraxılış və eksternat imtahanlar
• X sinfə qəbul
• Rəqəmsal və digər platformalarda qeydiyyatla bağlı məsələlər
• Digər əlaqəli mövzular

Qeyd edək ki, suallar məktəbin inzibati heyəti tərəfindən cavablandırılacaq, müraciət edən şəxslər qəbula şəxsiyyət vəsiqəsi ilə gəlməlidirlər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi