"Şahinlər" komandasının yarışa hazırlığı

Bu gün məktəbimizin həkimi Sevinc Salmanova "Şahinlər" komandasından ibarət olan şagirdlərə ilk tibbi yardım-başa,qola sarğı qoyulması,ilk qanaxmanın dayandırılmasını əyani surətdə göstərərək dərsini keçdi.Şagirdlər də fəallıq nümayiş etdirərək həkimin göstərişlərini yerinə yetirdilər.
Qeyd edək ki, "Şahin" hərbi idman oyununun keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması,gənclərin vətənpərvərlik,milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi ,onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərmək,"Şanlı-Zəfər" tarixini təbliğ etməkdən ibarətdir.