“Narkomaniyaya birlikdə yox deyek” adlı tədbir

Məktəbimizdə Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Narkomaniyaya birlikdə yox deyək” adlı marifləndirici tədbir keçirilib. Nizami rayonu 25-ci Polis İdarəsinin rəisi, polis polkovnik- leytenantı Turab Paşayev, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvü Firdovsi Bayramov, Nizami rayonu 25-ci Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Proflaktik işin təşkili Bölməsinin baş inspektoru, polis kapitanı Günel Mirzəyeva, polis leytenantı Qadir Hüseynov və yuxarı sinif şagirdlərinin iştirak etdilər. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Fəttah Fəttayev mövzunun aktuallığına diqqət yönəldərək qeyd edib ki, narkomaniyaya qarşı mübarizədə effektiv nəticələrin əldə olunması üçün maarifləndirici tədbirlər xüsusi əhəmiyyətə malikdir. Çıxış edənlər Azərbaycanda narkomaniyaya qarşı aparılan mübarizənin müxtəlif istiqamətlərindən, mübarizə prosesində məktəblərin xüsusi rolundan söz açaraq qeyd ediblər ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Çıxışçılar xüsusi vurğulayıblar ki, cəmiyyətin ciddi bəlasına, xalqların təhlükə mənbəyinə çevrilmiş narkomaniya, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemdir və bu problemin həllinə xidmət edən mühüm addımlardan biri yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsidir.