Psixodiaqnostik iş

Bu gün məktəbin psixoloqu Günel Cəfərova IX sinif şagirdləri arasında imtahan həyəcanını müəyyən etmək üçün psixodiaqnostik iş təşkil edib.Şagirdlər imtahan nədir, imtahan həyəcanını necə aradan qaldırmaq olar haqqında məlumat əldə etdilər.
Umumiyyətlə, imtahan şagirdlərin öyrənmə prosesinin bir hissəsi kimi tətbiq olunan, ən çox həyata keçirilən ölçmə-qiymətləndirmə sistemidir. İmtahan şagirdlərin öyrənmə prosesindəki inkişafını müşahidə etmək, öyrəndikləri biliklərin və bacarıqlarının hansı səviyyədə olduğunu müəyyən etmək üçün tətbiq olunur. İmtahan həyəcanı bir çox müxtəlif səbəblərdən yarana bilər. İmtahan həyəcanın doğru şəkildə idarə edilməsi və aradan qaldırılması şagirdlərin öz potensiallarını maksimuma çıxarmağa, müstəqil düşünmə və tədqiq etmə bacarığını inkişaf etdirməyə və həyatları boyunca öyrənməyə davam etmələrinə imkan yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi