Ən müqəddəs peşənin daşıyıcıları

Dünyada yüzlərlə sənət, peşə var. Hər biri də özünəməxsus xüsusiyyəti, özəlliyi ilə seçilir. Dövr, zaman nə qədər dəyişsə də, yeni-yeni peşələrə ehtiyac yaransa da, heç bir zaman dəyişməyən, dəyərini, nüfuzunu itirməyən, bütün peşələrin fövqündə dayanan bir peşə var ki, o da müəllimlikdir. Bütün peşə sahiblərini, hətta müəllimin özünü belə yetişdirən, öyrədən, onların üzünə elm, bilik xəzinəsinin qapılarını açan müəllimdir. Bax, elə buna görə də müəllimlik müqəddəs peşə, müəllim isə cəmiyyətin xilaskarı, təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Bu məsuliyyətli vəzifənin daşıyıcıları xalqın gələcəyi üçün layiqli vətəndaş, yüksək mədəniyyətə, intellektə, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirən insandır. Cəmiyyətin parlaq gələcəyi məhz müəllimin əlindədir. Nizami rayonu YAP- nın əməkdaşı Selcan xanım məktəbimizin qonağı oldu.
Pedoqoji kollektiv üzvləri ilə görüşərək 55 yaşı tamam olan Şəhla Cəbrayılova və 65 yaşı tamam olan Marina Yefimovna və Pakizə Əmiorovanı səmərəli fəaliyyətlərinə görə gül dəstəsi və təltifnamə ilə təbrik etdi. Onlara gələcək həyatlarında uğurlar arzuladı.