1 Mart-Ümumdünya Mülki Müdafiə Günüdür

1 Mart bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Bu məqsədlə məktəbin təlim tərbiə işləri üzrə direktor müavini Tural Taqiyev və hərbi hazırlıq müəllimi Vidadi Bədirovun rəhbərliyi ilə marifləndirici seminar təşkil olundu.1 Mart Mülkü Müdafiə Günü haqqında şagirdlərə ətraflı məlumat verildi. Şagirdlərə əyani surətdə fövqəladə hallar baş verdiyi zaman necə davranmaq lazım olduğu nümayiş etdirildi.Tural müəllim Mülki Müdafiənin yaranma tarixi, rolu və vəzifələri haqqında şagirdlər arasında sorğu keçirdi. Həmçinin məktəbin foyesində bu günlə bağlı guşə və stend hazırlanıb.Bu günün hər il keçirilməsində məqsəd fövqəladə halların qarşısının alınması və bu vəziyyətdə şagirdlərin zəruri davranış qaydaları ilə təlimatlandırılması, şagirdlərin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir.