Dəyərli pedaqoq, gözəl insan…

Nizami Rayonu İcra Hakimiyyəti basçısının keçmis müavini, 1993-2006-ci illərdə 214 nömrəli məktəbin direktoru vəzifəsini icra etmiş dəyərli pedaqoq Gülnaz İsrafilovanın vəfatından kədərləndiyimizi bildirir, mərhuma Allahdan rəhmət, yaxınlarına baş sağlığı diləyirik. Gülnaz İsrafilova direktor olduğu müddətdə kollektivin rəğbətini qazanmış, məktəbin və təhsilin inkişafı üçün əzmlə çalışmışdır. Gülnaz müəllimin xatirəsi qəlblərdə hamişə yaşayacaq, həmkarları və şagirdləri onu hər zaman ən səmimi hisslərlə xatırlayacaqlar. Allah rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi