Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təşkilat saatları

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar olaraq siniflərdə təşkilat saatları keçirildi. Şagirdlər Xocalı faciəsi haqqında məlumat verərək qeyd etdilər ki, təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciəsidir. Aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi tariximizdə yer alan bu qanlı aksiya özünün amansızlığına və qəddarlığına görə faşistlərin törətdikləri cinayətləri belə geridə buraxmışdır. Artıq Xocalı faciəsini məyusluqla yad etmirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq torpaqlarımızı geri aldı. Böyük Zəfərimizin nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi