Beynəlxalq Ana Dili Günü

Dil bəşəriyyətin ən böyük nailiyyətidir desək, yanılmarıq. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. 21 Fevral bütün dünyada “Beynəlxalq Ana Dili Günü” kimi qeyd olunur. Bu məqsədlə 3b sinif rəhbəri İradə Mehdiyeva təkilat saatı keçirdi. Təşkilat saatında qeyd olundu ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır..