“Belə bir sənət var-Vətəni qorumaq!” adlı tədbir

Vətən, milli düşüncəli və millət sevdası ilə yaşayanların toplaşdığı yerdir. “Torpaq, uğrunda ölən varsa, vətəndir” deyilməyib boşuna. Bir parça torpağı vətən edən odur ki, onun uğrunda canını fəda edə bilən insanlar var. Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Əfqan Qaraxan oğlu da məhs vətən uörunda canını qurban verən, bir parça torpağı vətən edən qəhrəmanlardandır. Əfqan Hüseynovun əziz xatirəsini yad etmək məqsədilə tarix müəllimi Mehriban İzmayılovanın təşkilatçılığı ilə “Belə bir sənət var-Vətəni qorumaq!” adlı tədbir keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi və bir dəqiqəlik sükutla başladı. Tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, silahdaşları, valideyinlər və şagirdlər iştrak edirdi. Şagirdlərin hazırladıqları bədii hissədən sonra qonaqlar Əfqan Hüseynov haqqında xatirələrini tədbir iştrakçıları ilə bölüşdülər. Sonda məktəbin direktoru Fəttah Fəttayev çıxışında qeyd etdi: “Qorxu duymadan, ürəyində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan Əfqan Hüseynov və başqaları bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.” Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Hüseynov Əfqan Qaraxan oğlunun həyat yoldaşı Hüseynova Leyla Faiq qızı məktəbimizin ingilis dili müəllimidir.