Rəsm müsabiqəsi

Bu gün məktəbimizin rəsm müəllimi Nigar Cəfərovanın təşkilatçılığı ilə 5-8-ci sinif şagirdləri arasında Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar olaraq “Unudulmayan yara” adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqədə 8ç sinif şagirdi Səkinə Əliyevanın cəkdiyi rəsm fərqlənərək I yerə layiq görüldü.Şagirdlərin çəkdiyi rəsmlər məktəbin foyesində sərgilənir.