20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir

20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şagirdlər 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verdilər.
Öz suverenliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirən 20 Yanvar Azərbaycanın istiqlal yolunun başlanğıcı, milli oyanış günüdür. Milli qürur günü kimi tarixə yazılan 20 Yanvarı və bu tarixi yazanların unudulmaması, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib. Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiya nümayiş etdilər.