İlk dərslər -20 Yanvar Ümumxalq Hüzn Günü

Məktəbimizdə ilk dərslər 20 Yanvar Ümumxalq Hüzn Günün otuz beşinci ildönümünə həsr edilib. Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermis Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən, ulu öndər Heydər Əliyevin həmin tarixi dönəmə verdiyi siyasi qiymətdən, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhid ailələrinə dövlətimizin qayğısından bəhs olunub. Qeyd edilib ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki işğal altında olan torpaqlarımız düşməndən azad edilib, onların başladığı mübarizə yolu tam qələbə ilə başa çatıb.