“ Yol hərəkəti qaydalarını bilirikmi?” mövzusunda xüsusi dərs
5D sinif rəhbəri Sənəm Əlizadənin rəhbərliyi və şagirdlərin iştrakı ilə "Yol hərəkəti təhlükəsizliyi" mövzusunda təşkilat saatı keçirildi. Şagirdlərə yol hərəkəti qaydalarını bilməyin vacibliyini əks etdirən video-materiallar göstərildi.Məqsəd uşaqların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdır. Təşkilat saatında sinif rəhbəri məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verib və yolda daha diqqətli olmaları tövsiyə edilib. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırıb. Maarifləndirmə çərçivəsində şagirdlər yol hərəkəti nişanları haqqında biliklərini yeniləyib, həmçinin yol hərəkəti qaydaları və təhlükəsizliyi ilə bağlı videoçarx nümayiş olunub. Məktəblərdə maarifləndirici tədbirlərin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsizliyi, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.