Sənin atan qəhrəmandır!

3 il əvvəl qəhrəman pilotumuz İqor Kşnyakin qızı, məktəbimizin şagirdi Darya Kşnyakina 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman pilotumuz Fuad Məmmədov haqqında hazırladığı videoçarxla onu tanıtmağa çalışmışdı.
Əziz şagirdimiz Darya, sən vətənpərvər övladımız kimi həmişə qəhrəmanlarımızı tanıdıb onlarla fəxr etmisən. Bu gün isə sənin qəhrəmanını- pilot atanı bütün dünya tanıdı, onun timsalında əzmin, iradənin, peşəkarlığın nə demək olduğunun şahidi oldu. İndi həm də bu xalqın qəhrəmanı olan pilot İqor Kişnyakin son anına qədər peşə borcunu ləyaqətlə yerinə yetirərək gələcək nəsillərimizə gözəl bir örnək miras qoydu. Əminik ki, Vətənin hər bir övladı öz qəhrəmanını daim qəlbində yaşadacaq və xatırlayacaq. Bir az hüznlü, bir az ağrılı , amma həmişə fəxr hissi ilə…