“ Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!” adlı seminar

27 dekabr tarixində təlimçi Aynur Tağıyevanın rəhbərliyi ilə9-11 ci sinif şagirdlərinə “Rəqəmsal dünyanı qadınlar üçün təhlükəsiz mühitə çevirək!” adlı marifləndirici seminar təşkil olundu. BMT-nin Əhali Fondunun və Yaponiyanın “Takeda” şirkətinin maliyə dəstəyi ilə təşkil olunan layihə texnologiya vasitəsilə törədilən gender əsaslı zorakılıqla mübarizə mövzusuna həsr olunub. Kampaniyanın məqsədi texnologiyaların qadınlara və qızlara qarşı zorakılıq törətmək məqsədilə bir alət kimi istifadə olunması probleminə ictimaiyyətin diqqətini çəkmək, İnternetdən təhlükəsiz istifadə qaydalarını təşviq etmək, habelə geniş əhali kütləsini zorakılıqdan müdafiə mexanizmləri haqqında məlumatlandırmaqdan ibarət olub. Seminarda müəllimlər və valideyinlərdə iştrak edib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi