“Qədim türk diyarı Naxçıvan” adlı inşa müsabiqəsi

Naxçıvan Muxtar Respublikasının geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində “Məktəblərdə Naxçıvan ayı” layihəsinin keçirilməsinə start verilib. Bu məqsədlə hazırlanmış tədbirlər planına uyğun olaraq IX sinif şagirdləri arasında “Qədim türk diyarı-Naxçıvan” adlı inşa müsabiqəsi keçirilib. Şagirdlər Naxçıvanın zəngin tarixi, mədəni irsi, tarixi abidələrini, gözəlliyini inşalarında əks etdiriblər. Şagirdlərin inşaları dinlənilib, müzakirə edilib və qalib müəyyənləşdirilib. Beləliklə, 9a sinif şagirdi Leyla Əlibəyova I yerə layiq görülüb.