Şagirdlərimizin uğuru

Məktəbimizin 6-cı və 5-ci sinif şağirdləri, gənc istedadlar Həsənli Uğur və Həsənli Onur qardaşları riyaziyyat bacarıqlarını dünya səviyyəsində sınağa çəkmək üçün unikal bir imkan olan İnternational Mathematics Challenge MATH olimpiadasında böyük uğur əldə ediblər. 140 ölkə arasında keçirilən bu mötəbər yarışda onların hər biri bürünc medal qazanaraq ölkəmizi layiqincə təmsil ediblər. Bu nailiyyət, Azərbaycanın elmə və gənc nəsillərin təhsilinə verdiyi önəmin bariz bir nümunəsidir. Uğur və Onur kimi parlaq gənclərimizin qazandıqları medallar gələcəkdə daha böyük zirvələrə gedən yolun başlanğıcıdır. Onları və onların uğurunda əməyi olan bütün müəllimlərini ürəkdən təbrik edirik! Azərbaycanın belə gənclərinin uğurları daim bizi qürurlandıracaq!