Reproduktiv sağlamlıq mövzusunda seminar

Bu gün məktəbin həkimi Sevinc Salmanova və məktəbin psixoloqu Günel Cəfərova 8-ci sinif şagirdləri ilə reproduktiv sağlamlıq mövzusu adı altında zərərli vərdişlər haqqında seminar keçirdilər. Seminarda mövzuya uyğun reklam və plakatlar, qəzet və jurnal materialları və slaydlardan istifadə olunmuşdur. Seminarın sonunda diskussiya keçirilmiş, şagirdlər zərərli vərdişlərin insan sağlamlığına vurduğu mənfi təsirlər haqqında geniş məlumat əldə etdilər.