Naxçıvan dəyirmi masa

2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olmuşdur. Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda bildirilmişdir: “Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır. Bünövrəsi Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbinin günümüzədək gəlib çatan yadigarları indi də Naxçıvanın görünüşünə xüsusi rəng qatır. Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir”.
Bu məqsədlə məktəbin tarix müəllimi Mehriban İzmayılovanın təşkilatçılığı və 10-cu siniflərin iştrakı ilə dəyirmi masa təşkil olundu. Tədbirdə Ümummilli Lider Heydər Əlyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Şagirdlərin hazırladıqları təqdimatlarda Naxçıvanın qədim tarixindən, zəngin təbiətindən, tarixi abidələrindən və Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında xüsusi rolu olan Naxçıvanın yüksəlişində və tərəqqiyə qovuşmasında Ulu öndərin müstəsna xidmətlərindən bəhs olunub. Dəyirmi masada iştrak edən təşkilatçı Arzu Alışqızı çıxış edərək qeyd edib ki, muxtar respublikanın iqtisadiyyatının inkişafında və sosial-mədəni həyatında əsaslı dönüş mərhələsi Ümumilli Liderin adı ilə bağlıdır. Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində qədim Azərbaycan torpağı olan Naxçıvan qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrilib. Sonda Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.