“Sən elə bir zirvəsən… “adlı dəyirmi masa

Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa təşkil olundu. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və ümummilli liderin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. Sonra şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi. Dərnək rəhbəri Xanım müəllimə ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışdı . O bildirdi ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Artıq Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahlı sabahı da tam təmin edilib.