“Yaralı sözlər” məşğələsi

Məktəbin 6-cı sinif şagirdləri ilə "Bullinq ayı" çərçivəsində psixoloq Muxsa İsmayılova ayrı-seçkilik, gender bərabərliyi, zorakılıq haqqında məşğələ keçirmişdir. Məşğələnin məqsədi təhqiramiz ifadələrin səbəbləri və təsirləri barədə düşünmək, insanların sözlərə fərqli reaksiya verə biləcəyini anlamaq, ifadə azadlığının sərhədlərini anlamaq, təhqiramiz ifadələrə qarşı mübarizə aparmaq idi. Müvafiq materiallar oxuyaraq və tapşırıqlar edərək məqsədə çatmağa çalışıldı.