Şagirdimizim uğuru

"İnternational Mathematic Education Challenge" (İMEC) 2-11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş Beynəlxalq Riyaziyyat Bilik yarışmasıdır. Bu platforma şagirdlərə məntiqi düşüncə, problem həll etmə bacarıqlarını inkişaf etdirmək və özlərini qlobal səviyyədə sınamaq imkanı təqdim edir. Yarışmada ən yaxşı nəticə göstərən finalçılar beynəlxalq sertifikatlar və medallarla təltif olunur. Bu ilin yarışmasında məktəbimizi təmsil edən 6ç sinif şagirdi Həsənli Uğur bütün mərhələlərdə uğurla çıxış edərək dünya üzrə ilk 3 yerə daxil oldu və öz analitik düşüncə bacarığını hər kəsə sübut etdi. Onun bu nailiyyəti həm məktəbi, həm də ölkəsi üçün qürur mənbəyidir. Biliklərini artırmaq və yeni zirvələrə çatmaq üçün ölkəmizin belə gənclərə ehtiyacı var. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi "Təhsil, xalqın inkişafı və ölkənin gələcəyi üçün ən vacib amillərdən biridir". Gələcəyin parlaq olsun Uğur Həsənli!...