"Bullinq bildiriş forması " ilə tanışlıq

Ümumi təhsil müəssisələri bütün təhsilalanları və məktəb heyətini bullinqə məruz qalmaq qorxusunun olmadığı, sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitlə təmin etmək məqsədi ilə məktəbin psixoloqları Cəfərova Günel, İsmayılova Muxsa və UBR Əlizadə Natavan şagirdlər arasında maarifləndirmə işlərinə başlayıblar.Şagirdlər məktəbdə şagird olaraq bullinqlə qarşılaşdıqda hansı addımlar atacaqlarını öyrəndilər. Ən əsası "Bullinq bildiriş forması " ilə tanış oldular.