Tariximizin şanlı səhifəsi

Vətən müharibəsində qazandığımız Şanlı Qələbənin təcəssümü olan Zəfər Günü və Dövlət Bayraq Günü münasibətilə məktəbimizdə müxtəlif siniflər üzrə tədbirlər keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tariximizin şanlı səhifəsindən qürurla danışılıb. Daha sonra isə şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər, səhnəciklər təqdim ediblər.