“Ətraf mühiti qoruyaq” mövzusunda seminar

Məktəbin 8b və 9c siniflərinin iştrakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və “Ekologiya aylığı ” çərçivəsində “Ətraf mühiti qoruyaq” mövzusunda seminar keçirildi. Seminarda ekologiyanın çirkləndirilməsi, ətraf mühitin zərərli tullantılardan təmizlənməsi, yaşıllığın salınması, sulara zərərli maddələrin atılması kimi vacib məsələlərə toxunuldu. Seminarın keçirilməsində məqsəd şagirdləri COP29-la bağlı maarifləndirmək, ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə vermək olub.