18 Oktyabr Müstəqillik Gününün bərpası ilə əlaqədar seminar

18 Oktyabr Müstəqillik Gününün bərpası ilə əlaqədar olaraq sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatcı Arzu Alışqızının rəhbərliyi ilə maarifləndirici seminar keçirildi. Seminarda tarix müəllimi Sərhəd Məhərrəmov mövzu haqqında şagirdlərə geniş məlumat verdi.O, öz çıxışında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına əsasən Azərbaycan xalqının 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etməsi, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslandığı və ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olması faktlarını şagirdlərə çatdırmışdır. Mühazirəçi həmçinin, Ulu öndər Heydər Əliyevə məxsus bəzi sənədlərin Milli Azərbaycan Tarixi Muzeyində qorunduğunu qeyd edib. Q.Qafarlı öz çıxışında Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, müdrik siyasətçi və dövlət başçısı, müzəffər Ali Baş komandan İlham Əliyevin güclü və müstəqil Azərbaycanın dayanıqlı inkişafının təminatçısı olduğunu qeyd edib.