Cəbrayıl şəhər gününə həsr olunmuş dəyirmi masa

Bu gün Cəbrayıl Şəhəri Günüdür.Prezident İlham Əliyevin  imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu məqsədlə Arzu Alışqızının təşkiilatçılığı və 8c sinif şagirdlərinin iştrakı ilə dəyirmi masa təşkil olundu.Dəyirmi masada çıxış edən şagirdlər Cəbrayıl rayonunun tarixi, işğaldan öncə və azad olunduqdan sonra aparılan quruculuq işlləri haqqında danışdılar. Arzu müəllimə çıxışında söylədi ki,“Həmin unudulmaz gündən dörd il ötür. Dörd ildir ki, 27 illik həsrətdən sonra rayon sakinləri yenidən Ərgünəş, Kirs dağlarından əsən mehi ciyərlərinə çəkməyin, Xudafərin körpüsünəayaq basmağın sevinci ilə yaşayırlar. Vaxtilə Cəbrayıl uğrunda döyüşlərdə yüzlərlə hərbçi və dinc sakin yaralanıb. Vətənin altı igid övladı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şişqaya, Sur uğrunda döyüşlər, Daşbaşı əməliyyatı Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi həmişə xatırlanır. Bu torpağın azadlığı uğrunda canını qurban verən şəhidlərin ruhu da indi rahatlıq tapır.İşğaldan azad edilmiş Cəbrayılda indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da isə Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb. Köç karvanları bir-birini əvəz edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan adamların səsi ata-baba ocağından gəlir..” Tədbirin sonunda Cəbrayıl rayonuna həsr olunmuş videoçarx nümayiş olundu, ibtidai sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya dinlənildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi