“Çərşənbə iməcilikləri” layihəsinə start verilmişdir

Bildiyimiz kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində “Çərşənbə iməcilikləri” layihəsinə start verilib. Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir. Bu gün Boz ayda qeyd edilən ikinci Novruz çərşənbəsi-Od çərşənbəsidir.Bu münasibətlə məktəbyanı ərazimizdə şagirdlərin iştirakı ilə iməcilik təşkil olundu. Məktəbin həyətyanı sahəsi təmizləndi, ağacların dibi belləndi və yeni ağaclar əkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi