“ Azərbaycan tarixi və etnoqrafiyası” aylığı

Bildiyiniz kimi, 2016/2017-ci tədris ilinin yanvar ayından etibarən “Ekoloji aylıqlar” layihəsinə start verilmişdir. 2016/2017-ci tədris ilinin fevral ayı “ Azərbaycan tarixi və etnoqrafiyası” aylığı olaraq müəyyənləşdirilmişdir. Bununla əlaqədar olaraq, məktəbimizin psixoloqu Məmmədova Vüsalə Azərbaycan tarixi və etnoqrafiyası adlı tədbir hazırlamışdır. Tədbirdə yuxarı sinif şagirdlərinin tarixi araşdırmaları müzakirə olunmuş, azərbaycanda yaşayan azsaylı xalqların adət-ənənələri və rəqsləri nümayiş etdirilmişdir.