Fəxri Xiyabana ziyarət

26 sentyabr tarixində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Fəxri Xiyabana ziyarət təşkil olundu. 8b sinif rəhbəri Sərhəd Məhərrəmov bildirilib ki, bu təqvimin Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var. 27 Sentyabr - Anım Günü olmaqla yanaşı eyni zamanda Zəfərə gedən yolun başlanğıcıdır. Azərbaycan hər zaman mübariz oğul və qızlarının qəhrəmanlığını yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində igidlik göstərərək döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını sipər etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Sonda şagirdlər "Vətən uğrunda vuruşan hər bir əsgər Qəhrəmandır!" adlı kompozisiya ilə çıxış edərək şəhidlərin əziz xatirəsini yad ediblər.