Son zəng

Son zəng yazın çiçəyi, yazın son laləsidir,

Sabahkı addımların zəfər zənguləsidir.

Məktəbdə 2023-2024-cü tədris ilinin son zəng tədbiri keçirildi. Məktəbin XI ci sinif şagirdləri səhnəyə dəvət olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Həmçinin, Ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açn məktəbin direktoru Fəttah Fəttayev təhsil müəssisəsinin qazandaığı uğurlardan söz açdı və məzunlarımıza uğurlar arzuladı.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Jalə Məhərrəmova, Nizami rayonu icra hakimiyyətinin hüquq şöbəsinin əməkdaşı Vüsal Əliyev  tədbirdə iştirak edərək məzunları təbrik edib, onlara təhsildə və  gələcək həyatlarında uğurlar arzuladılar. Tədbir bu gunun əsas qəhrəmanları olan XI-cilərin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiyası ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi