"Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rəsm müsabiqəsi

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 07 iyun 2024-cü il tarixində Heydər Bağı - Park Bulvarda məktəblilər arasında “Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib.

Tədririn keçirilməsində məqsəd “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı məlumatlılığın artırılması, xüsusilə də yeniyetmə-gənclərin ekoloji proseslərdə fəal iştiraka təşviq edilməsi istiqamətində müxtəlif mövzularda ekoloji maarifləndirmə tədbirlərinin aparılmasıdır. Məktəblilər arasında ekoloji maarifləndirmə tədbirləri çərçivəsində rəsm müsabiqəsinin keçirilməsi ekoloji mədəniyyətin və ətraf mühitin qorunmasının təbliği, eyni zamanda, onların istedadlarının nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.  Ümumilikdə müsabiqədə rayon üzrə 24 orta ümümtəhsil müəssisələrindən, həmçinin 3 və 8 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzlərindən və sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbindən 60 nəfər məktəbli iştirak ediblər. Məktəbimizin 9f sinif şagirdi Məryəm Hüseynova müsabiqədə iştrak etmiş, fəxri fərmanla təltif olunmuşdur.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi