"EKO SFERA" gəzintisi

Məktəbin ibtidai sinif müəllimi Əhmədova Leyli Əli qızının rəhbərliyi altında, 2 "ə" sinfinin Qala kəndində yerləşən Sosial-Ekoloji mərkəz "EKO SFERA" gəzintisi baş tutdu.Uşağlar orada çox gözəl zaman keçirərək müxtəlif kvestlərdə iştirak edib, xəzinə və qızıl sikkə axtarışında idilər. Sonra müvəffəqiyyətlə yarışları bitirərək Eko Sferanın gülərüz və məsuliyyətli işçiləri tərəfindən naharla təmin edildilər. Rəhbər- Sultanzadə Firuzə xanıma, bizimlə yaxından marağlanan Süleymanlı Təbriz müəllimə, Abbasova Nərmin və Səmədzadə Bahar xanıma öz dərin minnətdarlığımızı bildirmək istərdik. Hər şey üçün çox sağolun.